QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ekspert: “Cəbhə xəttində təxribat təsadüfən baş verməyib”

Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, həmsədrlərin bu dəfəki səfəri son vaxtlar münaqişə tərəfləri arasında əldə olunmuş razılıqların reallaşdırılması prosesi ilə bağlıdır
İlqar Vəlizadə: “Ermənistan tərəfi razılıq əldə olunmasına çalışmır”

ATƏT Minsk Qrupu həmsədrlərinin birgə bəyanatı yayılıb. Bəyanatda qeyd edilir ki, səfərin əsas məqsədi təmas xəttində və beynəlxalq sərhəddə vəziyyətin inkişafını dəyərləndirmək, o cümlədən Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında martın 29-u Vyanada, daha sonra isə aprelin 15-i Moskvada iki ölkənin xarici işlər nazirləri arasında aparılan müzakirələri davam etdirmək olub.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, həmsədrlərin bu səfəri ənənəvi səfərlərin davamıdır:

“Ancaq həm də güman edirəm ki, həmsədrlərin bu dəfəki səfəri son vaxtlar münaqişə tərəfləri arasında əldə olunmuş razılıqların reallaşdırılması prosesi ilə bağlıdır. Razılaşmalara necə əməl olunacağı hələ sual altındadır. Real mənzərə odur ki, erməni tərəfi razılıq əldə olunmasına çalışmır. Həmsədrlərin səfəri öncəsi cəbhədə atəşkəsin pozulması da bunu təsdiq edir. Bunu təsadüfi insident saymaq olmaz”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0