Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert bankların narazılığının səbəblərini açıqladı

© © Fuad İbrahimovun şəxsi arxivindənİqtisadçı-ekspert Fuad İbrahimov
İqtisadçı-ekspert Fuad İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, bölgü zamanı bəzi banklara az pay düşdükdə narazılıq yaranır
Fuad İbrahimov: “Banklar belə sosial layihələrdə aktiv iştirakçı olmaq istəyirlər”

Azərbaycanda ipoteka kreditlərinə yüksək tələbat olduğuna görə banklar Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (ARİKZF) tərəfindən müəyyən edilən limitlərinin artırılmasında maraqlıdır. Bunu “VTB-Azerbaijan” bankının İdarə Heyətinin sədri Yevgeni Kirin mətbuat konfransında bildirib.

İqtisadçı-ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, il ərzində ipoteka kreditləri üçün müəyyən bir kvota ayrılır: “Bəzən bölgü zamanı bəzi banklara  az pay düşdükdə narazılıq yaranır. Bankların hansısa fəaliyyət növündə iştirakı ilə bağlı reytinq mövcuddur. Xüsusəndə, banklar belə sosial layihələrdə aktiv iştirakçı olmaq istəyirlər. Çünki bununla bankın cəlbediciliyi və reytinq göstəricilərinin qorunması təmin edilmiş olur”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0