Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdman şərhçisi final haqqında: “Çelsi”nin qalib gələcəyinə inanırdım

Abunə olmaq
İdman şərhçisi Sənan Şəfizadə deyir ki, “Çelsi”nin məşqçi heyəti oyununun son 30-40 dəqiqəsində dönüş yaratmağı bacarırlar
Sənan Şəfizadə: “Oyunun ilk 45 dəqiqəsi darıxdırıcı oldu”

Dünən Bakı Olimpiya Stadionunda baş tutan UEFA Avropa Liqasının final oyununda İngiltərənin “Çelsi” və “Arsenal” komandaları qarşılaşıb. London derbisində "Çelsi" 4:1hesabı ilə qalib gəlib.

İdman şərhçisi Sənan Şəfizadə Sputnik Azərbaycan-a deyir ki, oyunun birinci hissəsində komandalar kəşfiyyat xarakterli oyun nümyaiş etdirdilər:

“Düşünürəm ki, oyunun ilk 45 dəqiqəsi darıxdırıcı oldu. İkinci hissədə vurulan 5 qol oyunun mənzərəsini tamamilə dəyişdi. Düşünürəm ki, oyunun ikinci hissəsi finala layiq idi. “Çelsi”nin qalib gələcəyinə inanırdım. Çünki, bu komandanın məşqçi heyəti oyununun son 30-40 dəqiqəsində dönüş yaratmağı bacarırlar”.

Sənan Şəfizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0