CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalist SputnikPro təlimi barədə: Çox şey öyrəndik

© Sputnik / Murad OrujovZülfiyyə Quluyeva, mövqe.az saytın jurnalisti
Zülfiyyə Quluyeva, mövqe.az saytın jurnalisti - Sputnik Azərbaycan
Abunə olmaq
Mövqe.az saytının əməkdaşı Zülfiyyə Quliyeva deyir ki, 18 ildir jurnalistikada çalışsa da, təlim onun üçün də çox faydalı keçib
Zülfiyyə Quliyeva: “Təlimin gələcək işimizdə faydalı olacağını düşünürəm”

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunda SputnikPro layihəsi çərçivəsində Azərbaycan KİV-nin nümayəndələri üçün "Çap mediadan onlayna keçidin sirləri” adlı təlim keçirilib.

Təlimin iştirakçısı Mövqe.az saytının əməkdaşı Zülfiyyə Quliyeva Sputnik Azərbaycan-a deyir ki, 18 ildir jurnalistikada çalışsa da, təlim onun üçün də çox faydalı keçib: “Təlimin spikeri çox praktiki danışdığı üçün bizim üçün maraqlı oldu. Eyni zamanda jurnalistlər üçün maraqlı və vacib olan məqamlara toxunuldu. Təlimdə əldə etdiyimiz bilgilərin gələcək işimizdə də faydalı olacağını düşünürəm”.

Qeyd edək ki, SputnikPro layihəsi 2018-ci ilin yazında Minskdə start götürüb və media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Çində, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

Zülfiyyə Quliyevanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0