SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Baş verənlər Türkiyənin milli təhlükəsizlik maraqlarına toxunur”

Abunə olmaq
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Türkiyə Rusiya və İranla dialoq şəraitində məsələnin həllinə çalışır
Elxan Şahinoğlu: “Türkiyə terrorçuların silahsızlaşdırılmasını istəyir”

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı ölkə başçıları Suriyadakı “İdlib deeskalasiya bölgəsi”ndə döyüşçülər tərəfindən tez-tez müşahidə olunan atəşkəsin pozulması hallarını müzakirə ediblər.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Suriyada baş verənlər Türkiyənin milli təhlükəsizlik maraqlarına toxunur:

“Suriyada yaranan terrorçu qruplar Türkiyəyə də təhlükə yaratmağa başladı. Bunun qarşısını almaq üçün Türkiyə bir neçə dəfə hərbi əməliyyatlar keçirdi. Ancaq Türkiyə Rusiya və İranla dialoq şəraitində məsələnin həllinə çalışır. Türkiyə İdlibdə yerləşmiş terrorçuların silahsızlaşdırılmasını istəyir və bu da danışıqlar yolu ilə olmalıdır”.

Politoloqun geniş şərhinə audio faylda qulaq asa bilərsiniz

Xəbər lenti
0