Professor Çingiz İsmayılov

Professor qlobal istiləşmənin Azərbaycan üçün yaratdığı təhlükələrdən danışır

37
(Yenilənib 16:22 15.05.2019)
Bakı Dövlət Universiteti rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov deyir ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə aparan bir çox beynəlxalq layihələrə qoşulub, üzərinə öhdəliklər götürüb

Bu gün Sputnik Azərbaycan Beynəlxalq Muıtimedia Mətbuat Mərkəzində Böyük Qafqaz və Mərkəzi Asiya regionunda baş verən iqlim dəyişiklikləri ilə bağlı  Bakı - Tbilisi - Nur-Sultan videokörpüsü təşkil olunub.

Videoköpüdə çıxış edən Bakı Dövlət Universiteti rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov iqlim dəyişikliyinin ölkəmiz üçün təhlükələrindən danışıb.

O bildirib ki, dünyada baş verən qlobal iqlim dəyişikliyi təbii olaraq Azərbaycanda da özünü büruzə verir: “Azərbaycan ərazisinin böyük hissəsi quraqlıq və yarımquraqlıqdır. Ona görə də, qlobal istiləşmə bizim kimi isti ölkələrə daha çox təsir göstərir. Qlobal istiləşmə su qıtlığına səbəb olur, kənd təsərrüfatının bəzi sahələrində məhdudiyyətlər yaradır. Hazırda Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə aparan bir çox beynəlxalq layihələrə qoşulub, üzərinə öhdəliklər götürüb. Üzərimizə götürdüyümüz əsas öhdəlik isə havaya buraxılan karbon qazının həcminin azaldılmasıdır”.

Professor Çingiz İsmayılovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

37