İlqar Velizade

ABŞ Yaxın Şərq siyasətinin təsirlərini artırmağa çalışır - Politoloq şərhi

85
(Yenilənib 17:11 10.05.2019)
Politoloq İlqar Vəlizadə deyir ki, ABŞ tərəfindəki qüvvələr arasında ziddiyyətlərin artması pərakəndəliyin yaranmasına gətirib çıxarıb

İran prezidenti Həsən Ruhani Yaxın Şərqdəki ABŞ silahlı qüvvələrinin terror təşkilatı elan edilməsi barədə qanunu imzalayıb.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ-la İran arasındakı gərginliyin müxtəlif səbəbləri var:

“ABŞ-ın Yaxın Şərq siyasətində problemlərin mövcud olması gərginliyi artırır. İran ABŞ-ın böyük Yaxın Şərq siyasətinin tərkib hissəsidir. ABŞ tərəfindəki qüvvələr arasında ziddiyyətlərin artması pərakəndəliyin yaranmasına gətirib çıxarıb. ABŞ da çalışır ki, həmin qüvvələri İran mövzusu ətrafında cəmləyib, Yaxın Şərq siyasətinin təsirlərini artırsın. İran özünə qarşı təsirlərin minimuma endirilməsinə çalışır. Bu prosesin nə qədər uzunmüddətli olacağını yaxın gələcək göstərəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

85