Марат Азильханов

Qazaxıstanlı nazir müavini: Türk Şurasından dəstək gözləyirik

27
(Yenilənib 17:00 08.05.2019)
Qazaxıstanın informasiya və sosial inkişaf nazirinin müavini Marad Azilxanov deyir ki, ölkəsi Türk Şurasının üzvü olan dövlətlərin telekanallarının və informasiya agentliklərinin əməkdaşlığının genişləndirilməsini dəstəkləyir

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Qazaxıstanın informasiya və sosial inkişaf nazirinin müavini Marad Azilxanov ölkəsinin Türk Şurasının üzvü olan dövlətlərin telekanallarının və informasiya agentliklərinin əməkdaşlığının genişləndirilməsini dəstəklədiyini bildirib:

“İstərdik ki, Şuraya üzv ölkələr Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin “Böyük Çölün yeddi özəlliyi” adlı məqaləsi ilə bağlı sənədli filmin çəkilməsinə dəstək versinlər. Biz üzv dövlətlərin telekanallarında 4 ölkənin filmlərinin nümayiş olunması təklifini yüksək dəyərləndiririk”.

Marad Azilxanovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

27