Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il

Tarixçi faşizm üzərində qələbədə Azərbaycanın rolundan danışdı

61
(Yenilənib 16:54 08.05.2019)
Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, Azərbaycanın müharibədə iştirakı ilə bağlı yanlış məlumatlar çatdırılıb

“Bakı nefti olmasaydı, heç bir qələbədən danışmaq olmazdı”. Bunu SSRİ-nin alman faşizmi üzərində qələbəsində Azərbaycanın rolunu Sputnik Azərbaycan-a şərh edərkən Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

Tarixçi bildirib ki, o dövrdə Azərbaycanın 2 milyon yarımdan bir qədər çox əhalisi olub və onların 700 mindən çoxu müharibədə iştirak edib: “Müharibədə iştirak edən azərbaycalıların 350 mindən çoxu həlak olub. Çox vaxt Azərbaycanın müharibədəki rolunu təkcə neft amili ilə bağlıyırlar. Ancaq biz bu müharibədə böyük canlı qüvvə ilə iştirak etmişik. İndi rusiyalı ekspertlər də deyir ki, Azərbaycanın müharibədə iştirakı ilə bağlı yanlış məlumatlar çatdırılıb. Biz Azərbaycanın bu müharibədə necə iştirak etməsinin təbliğatını aparmalıyıq”.

Qeyd edək ki, bu gün alman faşizmi üzərində tarixi qələbədən 74 il keçir. 1941-ci il iyunun 22-də Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da — Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

Tarixçinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

61