İqtisadçı-ekspert Natiq Cəfərli

Ekspert Venesueladakı vəziyyətin neft bazarına mümkün təsirlərini açıqlayır

59
(Yenilənib 16:12 02.05.2019)
İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, neft hasilatı aşağı düşməsi Venesuellanın bazardakı rolunu xeyli zəiflədib

Yanvar ayında dövlət çevrilişinə cəhdin baş verdiyi Venesuellada vəziyyət yenidən gərginləşib. Müxalifətə yaxın bir qrup hərbçi qiyam qaldırıb. Venesuella hökumətinin yaydığı açıqlamada bildirilir ki, dövlət çevrilişinə cəhd tam yatırılmayıb.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a  deyir ki, Venesuellada neft hasilatının kəskin artması neft qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər: “Hazırda Venesuellanın neft hasilatı aşağı düşüb. Bu da onun bazardakı rolunu xeyli zəiflədib. Amma Venesuella ən böyük neft həcmlərinə sahib olan 3 ölkədən biridir. Ona görə də, gələcəkdə neft bazarında baş verən proseslərə Venesuellada yaşanan hadisələr təsir edəcək. Venesuellada qərb yönümlü qüvvələr qalib gəlsə, hazırki və əvvəlki prezidentlər tərəfindən qərb şirkətlərinə qoyulan qadağalar ləğv edilə, bu ölkəyə böyük investitsiya qoyuluşları gerçəkləş bilər. Bu da bir müddət sonra Venesuellanın neft istehsalı həcmini artırılması təsəvvürünü yaradır”, - deyə o bildirib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

59