Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Elmin inkişafına hansı əngəllər var - Təhsil eksperti açıqlayır

Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, gənclərin elmə gəlməsinə mane olan səbəblərdən ilki elmə görə verilən əmək haqlarının çox aşağı olmasıdır
Kamran Əsədov: “AMEA-da gənclərin elmlə məşğul olmasına mane olurlar”

“Elmin inkişafı üçün büdcədən kənar vəsaitlərdən istifadə edilməlidir”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, AMEA-nın özündə gənclərin elmə gəlməsinə maneələr var: 

“Son illər ərzində gənclərin bakalavr pilləsini bitirdikdən sonra elmdə qalması ciddi şəkildə aşağı düşüb. Bu gün Azərbaycanda 30 yaşdan aşağı bir nəfər də olsun elmlər doktoru yoxdur. AMEA-nın nəzdindəki müəyyən institutların rəhbərləri, əməkdaşları ciddi şəkildə gənclərin elmlə məşğul olmasına mane olurlar. Bu gün Azərbaycan alimi dünya elmində çox da ciddi qəbul olunmur. Gənclərin elmə gəlməsinə mane olan səbəblərdən ilki elmə görə verilən əmək haqlarının çox aşağı olmasıdır. Təbii ki, bu qədər yüksək bilik və bacarıqlara malik şəxslər elmdə qalmağa üstünlük vermir, digər sahələrdə daha yüksək əmək haqqı ala biləcəklərinə görə elmdən gedirlər”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0