Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert süni qiymət artımının iqtisadiyyata təsirlərindən danışır

© © Fuad İbrahimovun şəxsi arxivindənİqtisadçı-ekspert Fuad İbrahimov
İqtisadçı-ekspert Fuad İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, süni qiymət artımları iqtisadi aktivliyə mane olur, makro-iqtisadi sabitliyin tarazlığına mənfi təsir göstərə bilir
Fuad İbrahimov: “Qısa zamanda süni qiymət artımlarının qarşısını almaq olar”

“Ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir. Mən qeyd etdim, inflyasiya aşağı səviyyədədir – 2 faizdən bir qədər çoxdur. Manatın məzənnəsi sabitdir. Belə olan halda, əlbəttə ki, süni qiymət artımına yol vermək qətiyyən olmaz”. Bu sözləri  Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.

İqtisadçı-ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, süni qiymət artımları monopolist qüvvələr tərəfindən həyata keçirilir:

“Bu da öz növbəsində arzuolunmaz mühitin yaranmasına səbəb olur. Süni qiymət artımları iqtisadi aktivliyə mane olur, makro-iqtisadi sabitliyin tarazlığına mənfi təsir göstərə bilir. Təəssüf olsun ki, bəzi işbazlar bazar iqtisadiyyatında bu yollardan istifadə edə bilirlər. Ölkə rəhbərliyi səviyyəsində buna müdaxilə olunsa, qısa zamanda qarşısının alınması mümkündür”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0