Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Havanı çirkləndirən restoranları bağlamaq lazımdırmı – Ekspert şərhi

© Sputnik / Murad OrujovAzad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, bu tədbirlər ətraf mühitin çirklənməsinin qarsının alınmasına və insanları narahat edən halların aradan qaldırılmasına təsir edəcək
Eyyub Hüseynov: “Əhalinin restoranlardan imtina etməsi üçün iş aparacağıq”

“Havaya atılan tullantıların qarşısının alınması üçün qurğular quraşdırmayan 4 ictimai iaşə obyektinin fəaliyyəti dayandırıla bilər”. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.

Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, restoranların və şadlıq saraylarının ekologiyaya vurduğu ziyana qarşı dövlət orqanlarının gördüyü işlər təqdirəlayiqdir: “Görüləcək tədbirlər ətraf mühitin çirklənməsinin qarşısının alınmasına və insanları narahat edən halların aradan qaldırılmasına təsir edəcək. Bu işdə əhalinin fəallığı lazımdır. Əgər əhali elə yerləri boykot etsə, dövlət orqanlarının qərarları asanlıqla yerinə yetirilər. AİB ETSN-nin cərimələdiyi və xəbərdarlıq etdiyi şadlıq və restoranlardan əhalinin imtina etməsi üçün iş aparacaq”.

Qeyd edək ki, ötən il Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində keçirilmiş müşavirədə ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq saraylarının fəaliyyətləri və insanların rahatlıqları arasında ziddiyyətləri aradan qaldırmaq üçün həmin müəssisələrdə müvafiq təmizləyici cihazlar quraşdırılması təklif edilmişdi.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0