İqtisadçı-ekspert Natiq Cəfərli

ABŞ-ın sanksiyaları əhəmiyyətini itirə bilər - ekspert İrana qarşı sanksiyalardan danışdı

243
(Yenilənib 17:04 24.04.2019)
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Çin ABŞ-dan böyük güzəştlər əldə etdikdən sonra İrana qarşı sanskiyalara qoşulmağı düşünür
Natiq Cəfərli: “Neft bazarının gələcəyi siyasi bəyanatlardan asılı olacaq”

“ABŞ-ın İrana qarşı neft sanksiyaları ilə bağlı bəzi ölkələrə tətbiq etdiyi istisnanı uzatmayacağı qərarı mənfi nəticələrə gətirib çıxaracaq”. Bu barədə İran XİN açıqlama yayıb.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, ABŞ-ın sanksiyaları neft bazarına artıq mənfi təsir göstərməyə başlayıb:

“Doğrudur, hazırda neft qiymətində artım müşahidə olunur. Bu isə neft alışına məhdudiyyət qoyulmuş ölkələrdən ikisinin - Türkiyə və Çinin İrandan neft almağa davam edəcəyi ilə bağlı verdikləri açıqlamadan qaynaqlanır. Çin ABŞ-la ticarət mübarizəsində böyük güzəştlər əldə etdikdən sonra İrana qarşı sanskiyalara qoşulmağı düşünür. Türkiyə isə ABŞ ilə arasında olan siyasi gərginlikdən dolayı belə davranır. Avopa Birliyi ölkələri də bu məsələ ilə bağlı maraqlı mövqe nümayiş etdirirlər. ABŞ-ın tətbiq etdiyi sanksiya bazarda təsir gücünü itirə bilər. Hər bir halda neft bazarının gələcəyi iqtisadi göstəricilərdən deyil, siyasi bəyanatlardan asılı olacaq”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

243
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov

Ekspert: “Pandemiya şəraitində Təhsil Nazirliyinin işi mükəmməl təşkil edilib”

8
(Yenilənib 10:38 13.07.2020)
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, nazirlik pandemiyanın ilk dövrlərindən etibarən operativ şəkildə alternativləri təqdim etdi
İlqar Orucov: “Müəllimlərin fədakarlığı qiymətləndirilməlidir”

İyulun 8-də Təhsil Nazirliyi, Milli Məclisin Elm və təhsil komitəsi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə tədris ilinin yekununa dair onlayn forum keçirilib. “Microsoft Teams” onlayn platforması üzərindən təşkil olunan virtual tədbirə respublikanın müxtəlif bölgələrini təmsil edən 1700-dən artıq müəllim və təhsil işçisi qatılıb.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, pandemiya şəraitində Təhsil Nazirliyinin işlərini mükəmməl təşkil etdiyini düşünür: “Nazirlik pandemiyanın ilk dövrlərindən etibarən operativ şəkildə alternativləri təqdim etdi. Bu fəaliyyətdə təhsil ictimaiyyətinin rolu gözə görünməsə də, müəllimlərin dərsləri tədris etmək üçün göstərdikləri fədakarlıq qiymətləndirilməlidir”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

8
Aydın Mirzəzadə

Millət vəkili: “Azərbaycan koronavirus pandemiyasına operativ reaksiya göstərdi”

32
(Yenilənib 22:23 11.07.2020)
Milli Məclisin deputatı Aydın Mirzəzadə deyir ki, prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizdə bu problemin həll olunmasına və ölkəmizin milli maraqlarının qorunmasına xidmət edir
Aydın Mirzəzadə: “Bu gün aparılan siyasət yoluxmanın qarşısını almağa yönəlib”

Hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik. Bunu Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsi zamanı deyib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan koronavirus pandemiyası vaxtı operativ reaksiya göstərən ölkələrdən biridir:

“Hər bir ölə resurslarına uyğun olaraq mübarizə aparmağa çalışır. Ölkəmizdə görülən tədbirlərin nəticəsi olaraq xəstələnənlərin sayının müəyyən sayda saxlamaq mümkün olur və artımın qarşısı alınır. Bu gün aparılan siyasət artımın qarşısını almağa yönəlib. Aparılan siyasət həm daxildəki problemin həllinə, həm də dost ölkələrə yardımlar edilməsinə imkan verir. Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizdə bu problemin həll olunmasına və ölkəmizin milli maraqlarının qorunmasına xidmət edir”.

Aydın Mirzəzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

32
Əli qandallı qadın

Evdən oğurluq etdi, tutuldu, axtarışda olduğu üzə çıxdı

0
(Yenilənib 09:59 14.07.2020)
Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb

BAKI, 14 iyul – Sputnik. Bakı şəhərində axtarışda olan qadın mənzili qarət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə iyulun 4-də Lökbatan qəsəbəsi V. Əsgəroı küçəsində yerləşən evlərin birində baş verib. Naməlum şəxs həmin evdən 700 manat pul oğurlayıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb. Araşdırmalar zamanı həmin qadının axtarışda olduğu üzə çıxıb.

0