Ильгар Велизаде

ABŞ sanksiyalarla İranı çökdürə biləcəkmi - Ekspert rəyi

142
(Yenilənib 12:21 24.04.2019)
Politoloq İlqar Vəlizadə deyir ki, sanksiyaların hansı nəticələr verəcəyini qabaqcadan söyləmək çətindir

"İran masa arxasına oturmayınca, ABŞ bu ölkəyə qarşı təzyiqi artıracaq və sanksiyaları davam etdirəcək”. Bunu İrandan neft idxal edən 8 ölkə və regiona sanksiyalarla bağlı tətbiq edilən müvəqqəti istisnanın götürülməsini şərh edən dövlət katibi Mayk Pompeo deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ sanksiyalarının İrana təsiri uzunmüddətli xarakter daşıyır: “Hazırda sanksiyaların hansı nəticələr verəcəyini qabaqcadan söyləmək çətindir. Sanksiyalar İran sənayesinə təsir göstərəcək. Xüsusəndə xarici investisiyalarla qurulmuş müəssisələr sanksiyalardan payını alacaq. Belə müəssisələrin fəaliyyətləri məhdudlaşdırılacaq. İranın maliyyə sisteminin imkanları sanksiyalar vasitəsilə məhdudlaşdırılır. Paralel olaraq dünya neft bazarının daralması da İran üçün yaxşı heç nə vəd etmir. Ancaq onu da deməliyik ki, İran iqtisadiyyatı uzun illərdir sanksiyalar şəraitində fəaliyyət göstərdiyi üçün vəziyyətə alışıb”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

142