Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İqtisadçı ekspert ekoturizmin inkişaf potensialından danışdı

© © Fuad İbrahimovun şəxsi arxivindənİqtisadçı-ekspert Fuad İbrahimov
İqtisadçı-ekspert Fuad İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, Azərbaycanda olan siyasi, iqtisadi sabitlik ekoturizmin inkişaf etdirilməsi üçün münbit zəmin yaradır
Fuad İbrahimov: “Mövcud layihələrin icra mexanizmi hərəkətə gətirilməlidir”

Hazırda, ümumilikdə turizm sektoruna, o cümlədən aqroturizm, ekoturizm, dağ turizmi kimi sahələrə xarici investisiyaların cəlb olunması ilə bağlı sənəd hazırlanır: Bunu Trend-ə Azərbaycanda Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.

İqtisadçı-ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda mövcud olan iqlim şəraiti ekoturizmin inkişafı üçün çox əlverişlidir: “Hazırda Azərbaycanda olan siyasi, iqtisadi sabitlik və infrastrukturun davamlı inkişafı ekoturizmin inkişaf etdirilməsi üçün münbit zəmin yaradır. Sadəcə olaraq mövcud layihələrin icra mexanizmi hərəkətə gətirilməlidir. Yəni, turizmin bu istiqamətini inkişaf etdirmək üçün çətin işlər görmək lazım deyil”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0