Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru

Türkiyə terrorçulardan azad etdiyi ərazidə sabitliyi qoruya biləcəkmi - politoloq şərhi

68
(Yenilənib 17:09 19.04.2019)
Politoloq Fikrət Sadıxov deyir ki, aparıcı dövlətlərin bu məsələdə mövqeyi fərqlidir və dəyişkəndir

“Türkiyənin terrorçulardan azad etdiyi ərazilərdə hazırda sabitlik hökm sürür Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonası yaradıb”. Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Politoloq Fikrət Sadıxov Sputik Azərbaycan-a deyir ki, Türkiyənin məqsədi sərhədlərini qorumaq və təhlükəsizlik zonası yaratmaqdır:

“Suriyada baş verənlərdən sonra kürd silahlı dəstələri, terror qrupları Türkiyəyə istiqamətləndilər. Təbii ki, Türkiyə bunlara qarşı təhlükəsizliyini təmin etmək üçün gərəkli olanları edəcək. Düzdür, Vaşinqton bu zonanı nəzarətdə saxlayacağının demişdi. Ancaq ümumilikdə aparıcı dövlətlərin bu məsələdə mövqeyi fərqlidir və dəyişkəndir. Rəsmi Ankaranın mövqeyi isə qətidir, bu istiqamətdə hər hansı dəyişiklik yoxdur. Düşünürəm ki, Türkiyə bu zonaya nəzarət etmək üçün əlindən gələni edəcək və buna nail olacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

68