Cəbi Bəhramov

Azərbaycan milli diviziyası Simferopolu necə azad etdi - Tarixçi danışır

165
(Yenilənib 16:46 16.04.2019)
AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov deyir ki, ikinci dünya müharibəsinin gedişatında SSRİ rəhbərliyi faşist Almaniyasının nə vaxt hücum edəcəyindən xəbərdar idi

Aprelin 13-də Simferopolun alman-faşist işğalçılarından azad edilməsinin 75-ci ildönümü qeyd olunub, Sapun-dağın ətəyində azərbaycanlı döyüşçülərin memorialına çiçək dəstələri düzüb.

AMEA Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov 77-ci atıcı diviziyanın döyüş yolu haqqında Sputnik Azərbaycan-a danışıb.

Tarixçi deyib ki, ikinci dünya müharibəsinin gedişatında SSRİ rəhbərliyi faşist Almaniyasının nə vaxt hücum edəcəyindən xəbərdar idi: “Bu müharibəyə 700 min azərbaycanlı səfərbər edilmişdi. Onların arasında 77-ci Azərbaycan milli diviziyası da var idi. AXC-nin işğalından sonra bu diviziyanın zabitləri, generalları güllələnmiş, sıravi hissələri isə saxlanmışdı. Sonradan bu diviziya yenidən təşkil edildi və 227-ci diviziyanın tərkibində döyüşlərdə iştirak edirdi. 1944-cü ildə Simferopol şəhərinin faşist işğalçılarından azad edilməsinə görə o zamankı SSRİ Ali Soveti rəyasət heyətinin fərmanına əsasən diviziya “Simferopol diviziyası” fəxri adını almışdı. Onu da qeyd edim ki, Azərbaycan əsgərləri harada döyüşməsindən asılı olmayaraq qəhrəmanlıqda başqa millətlərdən fərqlənmirdilər”.

Tarixçinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

165