Kamran Əsədov

Ekspert buraxılış imtahanları haqqında: bu, orta məktəb təhsilinə hörmətsizlikdir

293
(Yenilənib 17:19 10.04.2019)
Təhsil eksperti Kamran Əsədov deyir ki, vətəndaşa orta məktəbi oxuması barədə sənəd verilməlidir
Kamran Əsədov: “Mövcud Təhsil qanununda boşluq var”

Gürcüstan orta mətbələrində 11-ci və 12-ci siniflər üçün buraxılış imtahanları ləğv edilib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda da belə bir qanun qəbul edilməlidir:

“Bir adam 11 il məkətəbə gedir, sonda isə attestat ala bilmir. Bu göstərir ki, mövcud qanunda boşluq var. Vətəndaşa orta məktəbi oxuması barədə sənəd verilməlidir. Sonrakı təhsilini davam etdirib-etdirməmək onun hüququdur. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da bu göstərilir. Strategiyanın əsas istiqamətlərindən biri də 12 illik təhsilə keçmənin təmin olunması idi. Təhsil yükü pillələr arasında bölünməlidir. Müasir çağırışlar göstərir ki, biz buna getməliyik. Buraxılış imtahanı ilə attestat verməmək orta məktəb təhsilinə hörmətsizlikdir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

293

Politoloq: “Bu razılaşma Vətən müharibəsindəki qələbədən sonra ən böyük uğur sayıla bilər”

31
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, gərək SSRİ dağıldıqdan sonra yatağın birgə istismarı ilə bağlı razılığa gəlinəydi
Elxan Şahinoğlu: “Azərbaycan-Türkmənistan arasındakı anlaşmazlıqlar keçmişdə qaldı”

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, imzalanmış bu memorandum Vətən müharibəsindəki qələbədən sonra bu il ərzində qazandığımız ən böyük uğur sayıla bilər:

“İki ölkə arasında 25 ildir mübahisə davam edirdi. SSRİ dönəmində bu yataq Azərbaycan neftçiləri tərəfindən kəşf edilmişdi. Gərək SSRİ dağıldıqdan sonra yatağın birgə istismarı ilə bağlı razılığa gəlinəydi. Bu memorandum yeni uğurları gətirə bilər. Gəlinən razılıqlar hər kəsin faydasınadır. Memorandumun imzalanması ilə Azərbaycan-Türkmənistan arasındakı anlaşmazlıqlar keçmişdə qaldı”.

Elxan Şahinoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

31

Ekspert: “Valideynlər bəzi tövsiyələri yerinə yetirsələr, yaxşı olar”

71
Təhsil ekpserti Kamran Əsədov deyir ki, məsafədən təhsil formasında təhsilin əlçatanlığı və müəyyən bilik-bacarıqların aşılanması baxımından problemlər var
Kamran Əsədov: “Şagirdlər birdən-birə adaptasiya ola bilməyəcəklər”

Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə qərar verib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində fevralın 1-dən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili təmin ediləcək.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, fevralın 1-dən məktəblərin yenidən açılması sevindiricidir:

“Çünki artıq 4 aya yaxındır, şagirdlərimiz məsafədən təhsil prosesinin iştirakçısıdırlar. Etiraf etmək lazımdır ki, bu cür təhsil formasında təhsilin əlçatanlığı və müəyyən bilik-bacarıqların aşılanması baxımından problemlər var. Şagirdlər uzun müddətdir ki, təhsildən kənarda qalıblar və onlar birdən-birə adaptasiya ola bilməyəcəklər. Bu baxımdan valideynlər bəzi tövsiyələri yerinə yetirsələr, yaxşı olar”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

71
Sumqayıt Kimya Sənaye Parkı, arxiv şəkli

Hamısını bir əl idarə edəcək. Bunun nəyi yaxşıdır?

0
(Yenilənib 19:41 26.01.2021)
Ekspertlər yeni agentliyin yaradılmasının ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yaradılması prosesini müsbətə doğru tətikləyəcəyini vurğulayırlar

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. Prezident İlham Əliyevin fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əsasında İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, agentliyin yaradılmasında məqsəd əksər sənaye parkları, sənaye məhəllələri və aqroparkların fəaliyyətinin daha təkmil şəkildə qurulmasına, eyni zamanda innovativ metodlardan istifadə edilməsinə nail olmaqdır: "Əsas məqsəd dövlət dəstəyinin gücləndirilməsi ilə bağlıdır. Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların bir agentlik tərəfindən idarə olunması və nəzarətin həyata keçirilməsi həm də dövlət dəstəyinin gücləndirilməsi baxımından çox vacibdir. Bu, nəticədə imkan verəcək ki, bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsi həyata keçirilsin".

Deputat bildirib ki, yeni agentlik həm sənayedə, həm də aqrar sektorda daha innovativ hesab olunan məhsulların istehsalına, dövlət-özəl tərəfdaşlığının və dövlət dəstəyinin gücləndirilməsinə xidmət edəcək:

"O baxımdan, yeni agentliyin yaradılması təqdirəlayiqdir. Bu, birmənalı şəkildə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsinə imkan yaradacaq. Xüsusən də kənd təsərrüfatında emaledici məhsulların istehsalında artımlar müşahidə olunacaq".

"Gözlənilir ki, yeni agentliyin formalaşması daha çevik və təkmil idarəetmənin qurulmasına imkan yaratmaqla sənaye və emaledici kənd təsərrüfatı məhsullarının istehsalının artmasına gətirib çıxaracaq", - deyə millət vəkili əlavə edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Museyibov da bildirib ki, sənaye parkları, sənaye məhəllələri və aqroparkların işinin səmərəli və yeni tənzimləyici və idarəetmə çərçivəsində təşkili ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yaradılması prosesini müsbətə doğru tətikləyəcək: "4-cü sənaye inqilabının texnologiyalarının ölkəyə transfer edilməsi baxımından da yeni islahat tədbiri mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də bio, fiziki və rəqəmsal texnologiyaların tətbiqində yeni agentlik və formalaşmış qanunvericilik bazası mühüm rol oynayacaq. Agentliyin yaranması ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək üçün əhəmiyyət kəsb edir".

0