Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Matviyenko: “Azərbaycanla əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

© Sputnik / Murad OrujovПредседатель Совета Федерации РФ Валентина Матвиенко
Председатель Совета Федерации РФ Валентина Матвиенко - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyir ki, səfərin məqsədi iki ölkənin parlamentlərinin bu irimiqyaslı planın həyata keçirilməsində rolunu və yerini Azərbaycanın Milli Məclisində müzakirə etməkdir
Valentina Matviyenko: “Bu müzakirələr münasibətlərimizə yeni güclü impuls verəcək”

“Rusiya-Azərbaycan münasibətləri bütün istiqamətlərdə - siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə çox fəal inkişaf edir. Bu strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu  Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Rusiya-Azərbaycan münasibətlərində ən mühüm hadisə ötən ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya səfəri, onun prezident Vladimir Putinlə əhatəli danışıqları olub. Bu səfər çərçivəsində 15-dən çox mühüm sənəd imzalanıb. Onların arasında Rusiya və Azərbaycan hökumətlərinin əməkdaşlığına dair proqram, həmçinin konkret, məzmunlu, zəngin, o cümlədən əlaqələrin inkişafını ehtiva edən Fəaliyyət Planı var. Bizim Azərbaycana səfərimizin məqsədi iki ölkənin parlamentlərinin bu irimiqyaslı planın həyata keçirilməsində rolunu və yerini Azərbaycanın Milli Məclisində müzakirə etməkdir. Bu, öz növbəsində, Rusiya-Azərbaycan münasibətlərinə yeni güclü impuls verəcək. Rusiyada Azərbaycan mədəniyyətinə böyük maraq var. Biz, gələn il Rusiyada keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərini səbirsizliklə gözləyəcəyik. Ona görə də, Rusiyaya səmimi münasibət göstərən insanların olduğu dost ölkəyə yaxşı əhval-ruhiyyə ilə gəlmişik. Biz də Rusiyada Azərbaycanın sakinlərinə, vətəndaşlarına çox isti yanaşırıq” - deyə V.Matviyenko bildirib.

Qeyd edək ki, ötən gün Rusiya Federasiya Şurasının nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Valentina Matviyenkonun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0