Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri Elmira Qədimova

Hemofiliyalı xəstələrin dərmanla təminatında problemlər var Ekspert şərhi

95
(Yenilənib 15:00 11.04.2019)
Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri, dosent Elmira Qədimova deyir ki, hemofiliyalı xəstələr üçün nəzərdə tutulmuş dərmanlar dövlət hesabına ölkəyə gətirilir

“Hazırda hemofiliyalı xəstələrlə bağlı vəziyyət ötən dövrlərlə müqayisədə yaxşıdır”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri, dosent Elmira Qədimova deyib.

Mərkəzin rəhbəri bildirib ki, 2005-ci ildə qəbul olunmuş dövlət proqramından sonra hökumət belə xəstələrin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühim addımlar atır:

“Hemofiliyalı xəstələr üçün nəzərdə tutulmuş dərmanlar dövlət hesabına ölkəyə gətirilir və xəstələr müvafiq dərmanlarla təmin edilir. Bizim mərkəz tərəfindən qoyulan diaqnozlar Avropa ölkələrindən seçilmir. Qeyd edim ki, 2005-ci ildə mərkəzimizdə 980 xəstə qeydiyyata alınmışdısa, hazırda onların sayı 1633-dür. Xəstələrimizin dərmanla təminatı ötən ilə qədər qaydasında idi. Dərmanların qiyməti yüksək olduğuna görə, miqdarı azalır”. 

Elmira Qədimovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

95