Nəzakət Məmmədova

Politoloq Zelenski Poroşenkonun şanslarını qiymətləndirir

134
(Yenilənib 17:14 08.04.2019)
Beynəlxalq əlaqələr üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova deyir ki, rəy sorğuları Zelenskinin prezident olmaq şansının çox olduğunu göstərir

Ukraynanın Mərkəzi Seçki Komissiyası rəsmi olaraq prezident seçkilərinin birinci turu ilə bağlı səsverməyə dair rəsmi nəticələri açıqlayıb. Yekun nəticəyə görə, şoumen Vladimir Zelenski 5 milyon 714 min 34 səs (seçicilərin 30,24 faizi), hazırkı dövlət başçısı Petro Poroşenko 3 milyon 14 min 609 səs (seçicilərin 15,95 faizi) toplayıb.

Beynəlxalq əlaqələr üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova Sputnik Azərbaycan-a deyir ki, keçirilmiş rəy sorğuları da Zelenskinin prezident olmaq şansının çox olduğunu göstərir:

“Zelenskinin keçmişində onu nüfuzdan salacaq məsələlər yoxdur. Poroşenko isə hakimiyyətdə olduğu beş il ərzində ciddi səhvlərə yol verib və ölkə regional toqquşmaların poliqonuna çevrilib. Bütün bunlar Poroşenkonun prezident olaraq fəaliyyət göstərmək şanslarını minimuma endirir. Ukraynanı idarə edə biləcək rasional qüvvənin olmaması ölkənin xaosa sürüklənməsinə və postsovet məkanındakı münaqişə ocağının daha da alovlanmasına səbəb ola bilər”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

134