Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli

Professor Azərbaycan dilinin problemlərindən danışdı

124
(Yenilənib 10:56 05.04.2019)
Filologiya elmləri doktoru Qulu Məhərrəmli deyir ki, dil daşıyıcıları dilin statusunu, mövqeyini qoruya bilmir

“Yeni fəaliyyətə başlayacaq Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin əsas fəaliyyət istiqaməti dilin saflığının qorunması və ədəbi dilin normalarına riayət olunmasından ibarətdir”. Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Filologiya elmləri doktoru Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, bizdə son vaxtlar dilin təmizliyinin qorunması, ədəbi normalara əməl olunması, dilin işləkliyi və elektron bazasının yaradılması ilə bağlı çox qiymətli sənədlər qəbul edilib: “Təəssüf olsun ki, bu sənədlərdən irəli gələn işlərin icrası çox ləng baş verir. Biz dil daşıyıcıları dilin statusunu, mövqeyini qoruya bilmirik. Hesab edirəm ki, fərmanda göstərilənlərin hamısı mütləq həyata keçirilməlidir”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci il noyabrın 1-də Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.Fərmana əsasən Nazirlər Kabinetinə Azərbaycan dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması tapşırılıb.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

124