Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

Eyyub Hüseynov: “Təhlükəli heyvan ətlərindən dönər hazırlayırlar”

1069
(Yenilənib 12:06 04.04.2019)
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, dönərxanaların çox az qismi dönər ətinin hazırlanma, saxlanma qaydalarına riayət edir

Dönər xüsusilə də gənclərin, o cümlədən tələbələrin gündəlik istehlak etdiyi qidalardan biridir. Sputnik Azərbaycan əməkdaşlarının Elmlər Akademiyası metrosu ətrafında keçirdiyi sorğu nəticəsində müəyyən olunub ki, dönərin ucuz olması tələbələri dönərlə qidalanmağa sövq edir və bu zaman keyfiyyət amili onları düşündürmür.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki,  Azərbaycanda fəaliyyət göstərən dönərxanalarda standarta uyğun olmayan dönər hazırlanır:

“Ölkədə 15 mindən çox dönərxana fəaliyət göstərir. Bu dönərxanaların çox az qismi dönər ətinin hazırlanma, saxlanma qaydalarına riayət edir. Qalan dönərxanalara standarta uyğun olmayan, təhlükəli heyvan ətlərindən dönər hazırlayır. Toyuq ətindən dönərin hazırlanması 2006-cı ildən qadağan edilsə də, hələ də bişirilib satılır. Aparılan montorinqlər nəticəsində müəyyən olunub ki, Səhiyyə Nazirliyi tərəfindən qadağan olunsa da, dönərxanaların 85 faizində toyuq dönəri hazırlanır. Toyuq dönəri xəstəliklərin yaranmasına şərait yaradır. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələləri həll etməlidir”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

1069