CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azər Həsrət: “KİVDF qəzetlərə növbəti şans verib”

Abunə olmaq
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, KİVDF yeni qaydalarla 25 qəzet üçün maliyyə yardımı ayırmaqla ən doğru addımı atmış oldu
Azər Həsrət: “KİVDF-nin bu cür dəstəyi olmaya bilər”

"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na, əsasən, 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 25 qəzetdən sənəd təqdim edilib. Bu ilin ilk rübündə maliyyə yardımı ayrılmış əksər qəzetlərin fevral-mart aylarında tiraj və yayımla bağlı KİVDF-yə təqdim etdikləri hesabatlar onların ikinci rüb üçün elan edilmiş yeni maliyyələşmə şərtlərinə hazır olmadıqlarını göstərib. Bu səbəbdən Fond fevral-mart aylarında tiraj və yayımla bağlı təqdim olunmuş sənədlər əsasında ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edir.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, KİVDF-nin qəzetləri ayaqda saxlamaq üçün etdiyi cəhdləri alqışlayır: “Qəzetlərin sıxışdırılıb çıxarılması işin xeyirinə olmazdı. Burada həm qəzet oxucusu, həm də həmin qəzetlərin redaksiyalarında çalışan işçi faktoru nəzərə alınmalıdır. KİVDF yeni qaydalarla 25 qəzet üçün maliyyə yardımı ayırmaqla ən doğru addımı atmış oldu. Bəlli bir dövrdən sonra KİVDF onlayn medianın dəstəklənməsinə çalışacaq. KİVDF bu yardımla qəzetlərə növbəti şans verib. Həmkarlarım anlamalıdırlar ki, bəlli bir vaxtdan sonra KİVDF-nin bu cür dəstəyi olmaya bilər. Bu baxımdan yardımları fürsət kimi dəyərləndirirəm”.

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0