SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanlı dostu Zelenskinin prezident seçiləcəyinə əmin olduğunu deyir

Abunə olmaq
Vladimir Zelenskinin yaxın dostu, "Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri Şakir Eminbəyli deyir ki, Zelenskinin siyasi təcrübəsinin olmaması haqqında deyilənlər boş-boş sözlərdir
Şakir Eminbəyli: “Zelenski Ukraynanı idarə etmək qüdrətində olan insandır”

“Zelenski təpədən-dırnağa qədər doğru-dürüst insandır”. Bunu Sputnik Azərbaycan-a Ukraynada keçirilən prezident seçkilərinin birinci turunun qalibi Vladimir Zelenskinin yaxın dostu, “Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri Şakir Eminbəyli deyib.

“Onun hansısa qaranlıq işlərdə əli yoxdur, gözəl ailəsi və işi var. Bu adam sıfırdan özünü yaradıb. Onun prezident seçiləcəyinə yüzdə yüz əminəm və siyasi təcrübəsinin olmaması haqqında deyilənlər boş-boş sözlərdir. Zelenski prezident olacağı təqdirdə çox gözəl komanda yığıb ölkəni idarə etmək qüdrətində olan insandır” - o bildirib.

Qeyd edək ki, prezident seçkilərində keçirilən "exit poll"un nəticələri də Vladimir Zelenskinin qalib olduğunu göstərmişdi. İlk turun rəsmi nəticələri aprelin 10-dək elan ediləcək, namizədlərdən heç biri 50% həddini aşa bilməsə, aprelin 21-də ikinci tur keçiriləcək. Onun nəticələri isə mayın 1-dək açıqlanacaq. Ukrayna prezidentliyinə ən şanslı namizəd Vladimir Zelenski 2017-2018-ci illərdə Azərbaycana səfər edib.

Şakir Eminbəyli geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0