Mübariz Əhmədoğlu, politoloq

Ukraynanın yeni prezidenti kim olacaq - Politoloq açıqladı

201
(Yenilənib 16:21 27.03.2019)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, Poroşenkonun seçki kampaniyasında ABŞ-ın dəsti-xətti hiss olunur

“Rəy sorğularına baxmayaraq düşünürəm ki, Ukraynadakı prezident seçkilərində hazırki prezident yenidən qalib olacaq”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, son baş verənlər ABŞ-ın Poroşenkonu dəstəklədiyini, onun hakimiyyətdə qalmasını istədiyini göstərir: “Poroşenkonun seçki kampaniyasında da ABŞ-ın dəsti-xətti hiss olunur. Cüzi administrativ resurslardan istifadə ilə Poroşenko qalib gələcəksə, ABŞ seçkilərdəki qüsurlara göz yumacaq. Həmçinin seçkidən sonra Ukrayna siyasi həyatında ikiliderlilik olacaq”.

Qeyd edək ki, martın 31-də Ukraynada növbəti prezident seçkiləri keçiriləcək

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

201