Vahid Qasımov

Texnologiyalar bizi izləyirmi - Mütəxəssisdən açıqlama

98
(Yenilənib 11:54 12.03.2019)
İT mütəxəssisi Vahid Qasımov deyir ki, bütün məlumatlarımız informasiyaya çevrilib

“Texnologiyaların təhlükəli olması ilə bağlı şübhələr psixolojik xəstəlik olaraq insanlarda yaranır”. Bunu Sputnik Azərbaycan-a texnolgiyalarda təhlükəsizlik məsələləri haqqında danışarkən İT mütəxəssisi Vahid Qasımov deyib.

“Texnologiyalar vasitəsiylə kimsə bizi idarə etmir. Ancaq informasiya cəmiyyətinə keçdikdən sonra bizim bütün məlumatlarımız informasiyaya çevrilib. Buna görə də, nəsə ilə maraqlandığımız vaxt onunla bağlı reklamların qarşımıza çıxır. Düşünürəm ki, bu pis bir şey deyil. Əksinə bizim üçün də faydalıdır. Əvvəllər saatlar və günlər sərf edərək axtardığımız şey indi tezliklə tapmaq olur. Hazırda Big Data əsridir. Yəni süni intellekt böyük həcmli informasiya ilə işləyərək nələrisə üzə çıxardır və süni intellektin gücü bir çox insanların real intellektindən çoxdur. ”

98