Əməkdar jurnalist: “Bədii şuraları senzura ilə müqayisə etmək doğru deyil”

© Facebook / nushabe.huseynliƏməkdar jurnalist Nüşabə Hüseynli
Əməkdar jurnalist Nüşabə Hüseynli - Sputnik Azərbaycan
Abunə olmaq
Əməkdar jurnalist Nüşabə Hüseynli deyir ki, bunu qadağa kimi qəbul edən insanlar çıxış etmək üçün müxtəlif imkanlara malikdir
Nüşabə Hüseynli: “Bədii şuraların qadağaları fikirlərə yox, zövqlərə görədir”

“Bədii şuraya senzura deyib ictimaiyyətdə çaşqınlıq yaradırlar”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında əməkdar jurnalist Nüşabə Hüseynli deyib.

“Bədii şuraların yaradılmasının tam tərəfdarıyam. Burada olacaq qadağalar fikirlərə yox, zövqlərə görədir. Bu gün əksər televiziya kanalları gündəm dalınca qaçır və müəyyən mənada bu başa düşüləndir. Ancaq bundan zərər görən tamaşaçıdır, ailələrdir, cəmiyyətdir. Hazırki gəncliyimiz innovativ düşüncəyə malik olsa da, onların zövqündəki sapmaları görmək mümkündür. Ona görə də, bu gün bədii şuraları senzura ilə müqayisə etmək doğru deyil. Bunlar tamam fərqli şeylərdir. İstərdim ki, özəl televiziya kanallarında da bədii şuralar fəaliyyət göstərsin. Yeri gəlmişkən deyim ki, bunu qadağa kimi qəbul edən insanlar çıxış etmək üçün müxtəlif imkanlara malikdir. Yəni burada hansısa fərdi qadağadan söhbət getmir”, - deyə N.Hüseynli bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bildirib ki, televiziyalarda bədii şuraların yaradılması çoxdan gündəmdə olan məsələdir, ancaq əfsuslar olsun ki, öz həllini tapmır: “Mən hesab edirəm ki, Azərbaycan Dövlət Televiziyası – AzTV bu sahədə birinci olmalıdır. Digər telekanallara da tövsiyə olunur ki, bədii şuralar yaradılsın”.

Əməkdar jurnalistin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0