Azər Həsrət

Qərb mediası Yeni Zelandiyadakı terrora niyə obyektiv yanaşmır Ekspert fikri

197
(Yenilənib 17:48 18.03.2019)
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, bu müsəlmanlara və türklərə qarşı yönəlmiş terror aktıdır

“Yeni Zellandiyada müsəlmanlara qarşı törədilmiş hücum təsadüfi hadisə deyil”. Bunu Sputnik Azərbaycan-a Yeni Zellandiyada məscidə hücum nəticəsində çoxsaylı insan ölümü fonunda qərb mətbuatının yanaşmasını şərh edərkən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

Ekspert bildirib ki, burada müsəlmanlara qarşı konkret planlanmış terror aktı baş verib: “Bu hadisə dini zəmində müsəlmanlar hədəf alınaraq törədilib. Qərb mətbuatının hadisəyə necə yanaşmasından asılı olmayaraq faktlar gerçəkləri əks etdirir. Bu, müsəlmanlara və türklərə qarşı yönəlmiş terror aktıdır. Qərbdə belə bir ənənə var ki, bir hadisəni hansısa qeyri-müsəlman törətsə bu sadəcə cinayət hadisəsidir, ancaq eyni hərəkəti müsəlman olan birisi etsə, o zaman bütün dünya ayağa qaxardı ki, müsəlmanlar terrorçudurlar. Kimsə baş vermiş hadisəni başqa cür təqdim etməyə çalışırsa, bu ikiüzlülük və qeyri-obyektivlikdir”.

Qeyd edək ki, məşhur müğənni Riki Martın Yeni Zelandiyakı terror aktı ilə bağlı etdiyi paylaşımda dünya mediasını tənqid edib. Martin dünya mətbuatını 49 nəfəri öldürən Brenton Tarrantı müsəlman olmadığı üçün terrorçu olaraq deyil, hücumçu kimi təqdim etməkdə günahlandırıb.

Azər Həsrətin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

197