“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

Hüquq müdafiəçisi əfv sərəncamı haqqında: "Bu, azadlığa verilən dəyərdir"

109
(Yenilənib 17:43 18.03.2019)
“Konstitusiya” Araşdırmalar Fondunun sədri, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyir ki, bu sərəncam əvvəlkilərdən fərqlənirdi

“Prezident əfv sərəncamı ilə 431 nəfərə və onların ailələrinə bayram sevinci bəxş etdi”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun sədri, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

“Bu sərəncam mərhəmətin, humanizmin və humanitar yanaşmanın təzahürüdür. Prezident etnik mənsubiyyətindən, siyasi baxışından asılı olmayaraq hər kəsə vahid yanaşma tətbiq edir. Sərəncamı əvvəlkilərdən bir məqam fərqləndirir. Müxtəlif siyahılarda yalan-doğru, obyektiv-qeyri-obyektiv olaraq adı çəkilən 52 şəxs də azadlığa buraxıldı. Yerli hüquq müdafiəçilərinin verdiyi müraciətlər də prezident tərəfindən diqqətə alındı. Bu, həm də prezident tərəfindən azadlığa verilən dəyərdir” - deyə o bildirib.

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.

Əliməmməd Nuriyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

109