ABŞ niyə Türkiyənin "S-400" raketlərinin alınmasına qarşıdır - Politoloq şərhi

© Sputnik / Murad OrujovПолитолог Арзу Нагиев
Политолог Арзу Нагиев - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Arzu Nağıyev deyir ki, ABŞ NATO üzvü olan Türkiyəyə müəyyən qadağalar qoyur
Arzu Nağıyev: “ABŞ Türkiyə münasibətləri son həddə çatan deyil”

Ankara Rusiyanın S-400 zenit-raket komplekslərinin almaqdan imtina etməyəcək. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, Türkiyənin S-400 raketlərini alması hər hansı problem yaratmayacaq:

“ABŞ təbii olaraq bu kompleksin alınmasına qarşıdır.  Ona görə də ABŞ NATO üzvü olan Türkiyəyə müəyyən qadağalar qoyur. ABŞ həm də öz raket komplekslərini Türkiyəyə satmağı planlaşdırır. ABŞ Türkiyə münasibətləri son həddə çatan deyil. Çünki bu dövlətlərin xarici siyasətində ümumi maraqlar üstünlük təşkil edir. Buna görə də ölkələr arasında yaranmış narazılığın böyük gərginliyə səbəb olacağını düşünmürəm”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0