Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

İcraçı direktor yeni binalardakı qeydiyyat problemindən danışdı

78
(Yenilənib 15:28 15.03.2019)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, yeni tikilmiş binalarda çıxarış alma prosesi sadələşəcək

“Prezident tərəfindən imzalanmış Fərman çoxdan gözlənirdi və əhəmiyyəti böyükdür”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bu Fərmanla yeni tikilmiş binalarda çıxarış alma prosesi sadələşəcək: “Bu günə qədər Azərbaycanda 1500-ə yaxın bina tikilib. FHN-nin açıqlamasına görə, 400-ə yaxın bina qeydiyyatdan keçməyib. Buna görə də o binalarda yaşayan 300 min insan qeydiyyata düşə bilmir. Düşünürəm ki, bu Fərman bir sıra məsələlərin həllinə kömək edəcək”. Daha 100 bina üzərində qeydiyyat işləri tamamlanmamış qalır, yəni bu binalara qeydiyyat haqqında çıxarışlar verilməyib. 

Qeyd edək ki, fevralın 19-da Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Fərman imzalayıb.

Elnur Azadovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

78