Politoloq İlqar Vəlizadə

Türkiyəyə qarşı kampaniya ilə nəticələnəcək- Politoloq şərhi

208
(Yenilənib 16:43 14.03.2019)
Politoloq İlqar Vəlizadə deyir ki, Türkiyədə son illər baş verən proseslər demokratik prosedurların əsasında baş utub

Avropa Parlamenti Türkiyə ilə müzakirələrin təxirə salınması haqqında “Türkiyə qərarı”nı qəbul edib.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan politoloq İlqar Vəlizadə deyib ki, bu addımlara diqqət edəndə Türkiyəyə qarşı mütəşəkkil kampaniya aparıldığını görürük:

“Türkiyəni demokratik normaların pozulmasında ittiham edirlər. Ancaq Türkiyədə son illər baş verən proseslər demokratik prosedurların əsasında baş utub. Türkiyədə fəaliyyət göstərən əsas siyasi partiyalar seçki prosesindəki vəziyyətlə razılaşırlar. Ona görə də Avropanın bu cür yanaşması Türkiyədə mənfi reaksiya doğurur. Bu mənzərə həm də Türkiyənin daxili işlərinə qarışmaqdır. Avropanın bu cür münasibətinə Türkiyə cəmiyyəti həmişə müqavimət göstərir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

208