Gimnast Murad Ağarzayev

Azərbaycanlı gimnast: “Dünya Kubokunda ən yaxşı nəticələri əldə edəcəm”

100
(Yenilənib 16:35 14.03.2019)
Azərbaycanlı gimnast Murad Ağarzayev deyir ki, sərbəst hərəkətlərdə və dayaqla tullanmada finala çıxmağa ümid edir

“Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokuna dünyanın ən güclü idmançıları qatılacaq”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə azərbaycanlı gimnast Murad Ağarzayev deyib.

M.Ağarzayev bildirib ki, Dünya Kubokunda Olimpiya çempionları, dünya çempionları iştirak edəcək: “Yarışa hazırlıq yaxşı gedir. Fikrimcə, ən yaxşı nəticələri sərbəst hərəkətlərdə və dayaqla tullanmada əldə edəcəyəm. Mən bu növlərdə ən azı finala çıxmağa ümid edirəm”.

Qeyd edək ki, martın 14-17-də Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək. Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparacaq.

Murad Ağarzayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

100