Hüquqşünas Könül Əsədova

Hüquqşünas: “Azərbaycan qadınının sosial rolu dəyişib”

146
(Yenilənib 17:23 06.03.2019)
Hüquqşünas Könül Əsədova deyir ki, bəzi qadınlar cəmiyyətdə formalaşan mövqelərini, ailədə də göstərməyə çalışırlar
Könül Əsədova: “Bölgələrimizdə hələ də zorakılığa məruz qalan qadınlarımız var”

Bu gün Sputnik Azərbaycan Multimedia Mərkəzində Azərbaycan qadının cəmiyyətə transformasiyası mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən hüquqşünas Könül Əsədova bildirib ki, son on ildə Azərbaycan qadının sosial rolu dəyişib:

“Azərbaycan qadını artıq bir çox sahələrdə sərbəst şəkildə fəaliyyətini davam etdirə bilir. Təəssüf ki, bəzi qadınlar cəmiyyətdə formalaşan mövqelərini, ailədə də göstərməyə çalışırlar. Qadın evdə özünü həyat yoldaşından üstün aparmağa çalşır. Bu, hüquqi cəhətdən də doğru deyil.  Bölgələrimizdə isə hələ də zorakılığa məruz qalan, bununla yaşayan qadınlarımız var. Elə yerlər var ki, orada kişilər bir evdə bir neçə arvad saxlayır”.

Hüquqşünasın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

146
Джахангир Гаджиев

Cahangir Hacıyev: “Könüllülər karantin tələblərinin yerinə yetirilməsinə nəzarət edəcək”

85
ASAN Xidmətin rəsmisi Cahangir Hacıyev deyir ki, könüllülər vahid reyestrə daxil edilmiş, Sumqayıt və Bakı çimərliklərində fəaliyyət göstərəcəklər
Cahangir Hacıyev: “Çimərlikləri ziyarət etmək üçün xüsusi icazə lazım deyil”

“Könüllülərimiz pandemiya zamanı lazımi tələblərə cavab verən və vahid reyestrə daxil edilmiş, cimerlik.az portalında göstərilən Sumqayıt və Bakı çimərliklərində fəaliyyət göstərəcəklər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşalara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin İnsan Resursları və Təlim Şöbəsininn müdir müavini Cahangir Hacıyev deyib.

“Çimərlikləri ziyarət etmək üçün xüsusi icazə lazım deyil. Hər kəs çimərliyə gedə bilər, ancaq karantin rejiminin qəbul edilmiş qaydalarına ciddi riayət etmək lazımdır. Könüllülər çimərliklərdə karantin tələblərinin yerinə yetirilməsinə nəzarət edəcək, monitorinq və maarifləndirmə işləri aparacaqlar. Bu fəaliyyət pandemiya zamanı istirahət edənlərin sağlamlığını qorumaq məqsədi daşıyır”  - deyə o bildirib.

Cahangir Hacıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

85

Ekspert: “Çimərliklərə “ASAN könüllüləri”nin cəlb olunması yaxşı haldır”

75
(Yenilənib 09:47 05.08.2020)
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Operativ Qərargahın qərarı və prosesə “ASAN könüllülər”in cəlb olunması yeni istehlakçı mədəniyyəti formalaşdıracaq
Eyyub Hüseynov: “Operativ Qərargah çimərliklərə indi icazə verməklə doğru addım atıb”

Avqustun 5-dən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, sərt karantin dövründə hər gün çimərliklərin açılması ilə bağlı müraciətlər daxil olub:

“Düşünürəm ki, Operativ Qərargah çimərliklərə getmək üçün həmin vaxt deyil, indi icazə verməklə doğru addım atıb. Bəzi insanlar var ki, bütün il boyu çimərliklərdən istifadə edirlər. Xüsusən də, yeni qərarla bu prosesə “ASAN könüllüləri”nin cəlb olunması yaxşı haldır. Qeyd etməliyik ki, vətəndaşlarımızın çimərlik mədəniyyəti aşağıdır. Çimərliklər vətəndaşlar tərəfindən müxtəlif yollarla çirkləndirilir. İnanıram ki, Operativ Qərargahın qərarı və prosesə “ASAN könüllülər”in cəlb olunması yeni istehlakçı mədəniyyəti formalaşdıracaq”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

75
Azərbaycan manatı, arxiv şəkli

Prezident 190 manatla bağlı göstəriş verdi

12
(Yenilənib 16:48 06.08.2020)
600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur

BAKI, 6 avqust — Sputnik. "Azərbaycanda iqtisadi və sosial məsələlər öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülüb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirib.

"Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi. Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənibdir.

600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin".

12