Rizvan Hüseynov

Hacı Zeynalabdin Tağıyev Pakistan xalqını necə xilas etdi - tarixçi danışır

228
(Yenilənib 18:06 05.03.2019)
Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, Hacı Zeynalabdin Tağıyev XX əsrdə Azərbaycan ziyalı təbəqəsinin formalaşmasında müsbət rol oynayıb

“Hacı Zeynalabdin Tağıyev Azərbaycan xalqı üçün böyük məfhumdur”. Bunu Sputnik Azərbaycan-a Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

Tarixçi bildirib ki, H.Z.Tağıyev XX əsrdə Azərbaycan ziyalı təbəqəsinin formalaşmasında müsbət rol oynayıb: “Onun gördüyü bu işlərin nəticəsi olaraq, müstəqil Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Cümhuriyyəti quranların aparıcı qüvvəsini Tağıyevin oxumağa göndərdiyi gənclər təşkil edirdi. Tağıyev həm də müasir Pakistan xalqını məhv olmaqdan xilas edib. Bu gün də onun bu fəaliyyəti Pakistanda tədris olunur. Onun Azərbaycan hərb tarixində də böyük izi var. Tağıyevin dəstəyi hesabına silahlar alınırdı və ermənilərə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edirdi. Ona görə də, belə bir şəxsin həyat yolunun tədqiq olunmasına hər zaman ehtiyac var”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

228