Elxan Şahinoğlu

İranın xarici işlər naziri niyə istefa verdi - Politoloq şərh edir

72
(Yenilənib 16:57 26.02.2019)
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, İran prezidenti Məhəmməd Cavad Zərifin yerinə daha radikal siyasətçi təyin edə bilər

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verdiyini açıqlayıb. İranlı nazir öz instaqram profilindən bununla bağlı paylaşım edib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, iranlı nazirin istefasına səbəb ali dini liderin ölkənin xarici siyasətindən narazılığıdır:

“Ayətullah Əli Xamenei bir neçə müddətdir ki, ad çəkmədən höküməti tənqid edir. O, düşünür ki, hökumət ABŞ-ın vədlərinə və Avropaya çox inanmaqda qınayır. Düşünürəm ki, Məhəmməd Cavad Zərifin istefasının əsas səbəbi xarici siyasətdə uğur qazana bilməməsidir. Mümkündür ki, İran prezidenti onun yerinə daha radikal siyasətçini təyin etsin. Amma bu, İrana qarşı sanksiyaların yumşalmasına səbəb olmayacaq. Bu istefa ABŞ-da sanksiyaların effektivliyini və İran hökuməti daxilində ixtilafların artması fikrini gücləndirəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

72