QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiyalı diplomat: “Xocalıda törədilənlər dəhşətli vəhşilikdir”

© Sputnik / Murad OrujovСавельев Дмитрий Иванович - первый заместитель председателя комитета Госдумы РФ по безопасности и противодействию коррупции
Савельев Дмитрий Иванович - первый заместитель председателя комитета Госдумы РФ по безопасности и противодействию коррупции - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədr müavini Dmitri Savelyev deyir ki, faciənin tanınması üzərində çalışmalıyıq
Rusiyalı diplomat: “Xocalıda törədilənlər dəhşətli vəhşilikdir”

“Hesab edirəmn ki, Xocalı hadisələrinin, orada baş vermiş qırğının Rusiyada soyqırım kimi tanınması üzərində çalışmaq lazımdır. Bu faciəni hamımız öz faciəmiz kimi qəbul edirik. Onun tanınması üzərində çalışmalıyıq”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədr müavini Dmitri Savelyev deyib.

“Xocalıda törədilənlər dəhşətli vəhşilikdir. Günahsız qocalar, qadınlar, uşaqlar öldürülüb. Uşaqlar ölüb, deməli, həm də onların uşaqları, uşaqlarının uşaqları ölüb. Azərbaycanın gələcəyinin bir qismi ölüb. Bu gün dünyada bu dəhşətli cinayətin tanınması üzrə proseslər gedir” - deyə D.Savelyev bildirib.

Dmitri Savelyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0