SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq prezidentlərin görüşü haqqında: Ciddi qərarlar qəbul edilməyəcək

© © Rövşən İbrahimovun şəxsi arxivindənRövşən İbrahimov
Rövşən İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
Cənubi Koreyanın Hankuk universitetinin dosenti, politoloq Rövşən İbrahimov deyir ki, Şimali Koreya liderinin siyasi iradəsi olmasaydı görüşlər baş tutmazdı
Rövşən İbrahimov: “Konkret addımlar atmaq üçün müzakirələr aparılacaq”

ABŞ və KXDR liderləri Donald Tramp və Kim Çen Inin Vyetnamın Hanoy şəhərindəki görüşü ötən il Sinqapurda keçirilmiş ABŞ-KXDR sammiti formatında olacaq. Bu barədə Ağ ev administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlər üçün telefon brifinqində məlumat verib.

Cənubi Koreyanın Hankuk universitetinin dosenti, politoloq Rövşən İbrahimov Sputnik Azərbaycan-a deyir ki, ABŞ və Şimali Koreya arasındakı yaxınlaşma gözlənilməz olub:

“Bu, daha çox Trampın şəxsiyyəti ilə əlaqədardır. ABŞ-ın ümumi xarici siyasətində liderlər arasında görüş və yaxınlaşma nəzərdə tutulmurdu. Təbii ki, Şimali Koreya liderinin də siyasi iradəsi olmasaydı görüşlər baş tutmazdı. Vyetnamda keçiriləcək görüşə gəldikdə isə hansısa ciddi qərarların qəbul ediləcəyi gözlənilmir. Ola bilsin ki, tərəflər konkret addımlar atmaq üçün müzakirələr aparacaqlar. Hazırki məqamda Şimali Koreya üçün önəmli olan odur ki, sanksiyalar ləğv edilsin”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0