CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kollec məzunları əmək bazarının tələblərinə cavab verirmi - Ekspert şərh edir

Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, “Təhsil haqqında” Qanuna edilən dəyişikliklərdən sonra insanlar kollec təhsilinə meyl edəcəklər
Kamran Əsədov: “Təhsilin əlçatanlığı üçün islahatlar aparılmalıdır”

“Orta ixtisas təhisl müəssisələri və kolleclərdə kadr hazırlığı yüksək səviyyədə həyata keçirilmir”. Bunu Sputnik Azərbaycan-a ölkəmizdə kollec təhsilinə əmək bazarında olan tələb haqqında danışarkən təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, konkret göstəricilərə baxanda kollec məzunlarının keyfiyyət göstəricilərinin aşağı səviyyədə olduğu görünür: “Kolleclərin məzunları əmək bazarının tələblərinə cavab vermir. Ona görə də onların işlə təminatı aşağı səviyyədədir. “Təhsil haqqında” Qanuna edilən dəyişikliklərdən sonra insanlar kollec təhsilinə meyl edəcəklər. Ölkəmizdə təhsilin əlçatanlığı və əhatə dairəsinin genişləndirilməsi üçün islahatlar aparılmalıdır. Bir çox texniki ixtisaslar var ki, onlar üçün kadr hazırlığını peşə təhsil müəssisələrində həyata keçirmək daha məqsədəuyğun olardı”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir.

Xəbər lenti
0