Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru

Türkiyə hansı şərtlərlə Suriyadakı əməliyyatlarda iştirak edəcək - Politoloq şərhi

169
(Yenilənib 17:09 19.02.2019)
Politoloq Fikrət Sadıxov deyir ki, Türkiyə müəyyən şərtlərlə əməliyyata razılıq verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, Türkiyə və İranın Suriyanın İdlib vilayətində radikal qruplaşmalara qarşı birgə əməliyyatlar keçirə biləcəyini bildirib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, prezidentlərin üçtərəfli görüşündən sonra müəyyən razılıq əldə olunub:

“Türkiyə Rusiya ilə birgə hərbi əməliyyatlara hazır olduğunu deyib, amma əminəm ki, müəyyən şərtlərlə buna razılıq verib. Şərtlərdən biri kürd silahlılarına hərbi dəstəyin dayandırılmasıdır. Çünki o dəstələr Türkiyəyə qarşı vuruşan təhlükədir. Türkiyənin əsas vəzifəsi Suriya ilə sərhəddə təhlükəsizliyin təmin olunmasıdır”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

169