Azərbaycanın baş infeksionisti Cəlal İsayev

Baş infeksionist Azərbaycanda hepatit viruslarının yayılmasından danışır

93
(Yenilənib 16:49 13.02.2019)
Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyir ki, ölkəmizdə hepatit B virusuna yoluxma halları kəskin azalıb

“Azərbaycanda hepatit B və C viruslarının yayılması ilə bağlı ciddi təhlükə yoxdur. Hazırda bu viruslara yoluxanlar ölkə əhalisinin təxminən 2 faizini təşkil edir”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın baş infeksionisti Cəlal İsayev söyləyib.

“Xəstəliyin profilaktika və müalicəsi Azərbaycanda dövlət proqramına daxil edilib. Bu növə qarşı peyvəndin aparılması xüsusi qeyd olunmalıdır. Peyvəndləmə anadan olan uşaqlar arasında aparılır və təqvim planına salınıb. Proses bütün uşaqları əhatə edir. Bunun nəticəsidir ki, ölkəmizdə hepatit B virusuna yoluxma halları kəskin azalıb. Hazırkı dövrdə hepatit B ilə xəstələnmə göstəricisi 30 il əvvəlkindən 24-25 dəfə aşağı düşüb. Hepatit xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanda ümumi qəbul edilmiş bir sıra profilaktik tədbirlər həyata keçirilir. Bu tədbirlərə xəstəxana və tibb müəssisələrində alətlərdən istifadədən əvvəl onların dezinfeksiya olunmasına, birdəfəlik alətlərin istifadəsinə üstünlüyün verilməsinə nəzarət daxildir. Lakin bununla kifayətlənmək olmaz. Gözəllik salonlarında və bu kimi digər obyektlərdə də hepatit xəstəliyinin yayılmaması üçün profilaktik tədbirlər mütləq görülməlidir. ”, – deyə, C.İsyaev vurğulayıb.

Baş infeksionist Cəlal İsayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

93