Директор сайта azerisport.com Вюгар Зейналов

Futbol millimizin yeni məşqçisi nələr edəcək - Ekpert şərhi

202
(Yenilənib 17:49 12.02.2019)
Azerisport.com saytının direktoru Vüqar Zeynalov deyir ki, fəaliyyəti haqqında danışmaq üçün komandanın oyununu gözləyirik

“Rəqiblərdən fərqli olaraq, taktiki sxemimiz dəyişəcək. Əsasən hücumameyilli oynayacağıq”. Bunu Millimizin yeni baş məşqçisi Nikola Yurçeviç Bakı Olimpiya Stadionunda ilk mətbuat konfransında deyib.

Azerisport.com saytının direktoru Vüqar Zeynalov Sputnik Azərbaycan-a deyir ki, yeni məşqçi komandanın oyun sxemini dəyişə bilər:

“Yeni məşqçi çox yerlərdə ikinci məşqçi kimi çalışıb. Məşqçinin fəaliyyəti haqqında danışmaq üçün komandanın oyununu gözləyirik. İlk heyət müəyyən olunduqdan sonra komandanın hansı istiqamətdə olacağı haqqında fikir yürütmək olar. Əsas ilk oyundur, bundan sonra biləcəyik ki, yeni məşqçinin fikirləri nədir”.

Vüqar Zeynalovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

202