Azər Həsrət

Ekspert Fransadakı etirazları şərh edir: Makronun naşılığı zorakılığa səbəb olur

62
(Yenilənib 16:36 11.02.2019)
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, mövcud sosial problemlər insanları aylardır küçələrdə olmağa vadar edir

“Fransada dövləti xalqının problemlərini həll etməkdə acizdir”. Bunu Sputnik Azərbaycan-a Fransada davam edən etiraz aksiyalarını şərh edərkən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

“Mövcud sosial problemlər insanları aylardır küçələrdə olmağa vadar edir. İnsanlar dövlətdə onların səsini eşidəcək şəxslə danışıb, problemlərini həll etmək istəyirlər. Amma Fransada Makronun və komandasının naşılığı zorakılığa səbəb olur. Fransız xalqı normal hakimiyyət tapa bilmir ki, problemlərini həll etsin. Ac insanların sakitləşməsini proqnozlaşdırmaq mümkün deyil” - deyə o bildirib.

Qeyd edək ki, Fransada “sarı jiletlilər”in 13-cü ümumilli etiraz günü keçirilən nümayişlərdə 51,4 mindən çox adam iştirak edib. Bu barədə Fransa Daxili İşlər Nazirliyinin şənbə günü yaydığı yekun məlumatda bildirilir.

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

62