CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Radio aparıcı: “Bizim aparıcılar dinləyicilərdən fərqlənməlidirlər”

© Sputnik / Murad OrujovСона Расулова, ведущая радиостанции MEDIA FM
Сона Расулова, ведущая радиостанции MEDIA FM - Sputnik Azərbaycan
Abunə olmaq
MEDİA FM radiostansiyasının aparıcısı Sona Rəsulova deyir ki, texnologiyalar nə qədər inkişaf etsə də radio həmişə olacaq
Sona Rəsulova: “Radioların çoxluğu rəqabəti artırır”

“Texnologiyalar nə qədər inkişaf etsə də radio həmişə olacaq”. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində keçirilən tədbirdə MEDİA FM radiostansiyasının aparıcısı Sona Rəsulova deyib.

“Radio ən sivil ölkələrdə hələ də gündəmdədir, dinlənilir. Bu o deməkdir ki, radio ön plandadır. Hazırda yeni olan odur ki, radioların çoxluğu rəqabəti artırır. Bu hər bir radio aparıcıdan veriliş üzərində ciddi işləməyi tələb edir. Burada radio aparıcıların üzərinə böyük iş düşür. Onlar dinləyicilərdən fərqlənməlidirlər. O, hər zaman üzərində işləməli və informasiya axtarışında olmalıdır” - deyə o bildirib.

Qeyd edək ki, 13 fevral 1946-cı ildə “BMT Radiosu” ilk dəfə efirə çıxıb. Həmin gün YUNESKO-nun baş direktorunun təklifi ilə Ümumdünya Radio Günü kimi qeyd olunur.

Sona Rəsulovanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0