Pərviz Şahbazov

Nazir: “OPEC-in qərarının uzadılması ehtimalı var”

151
(Yenilənib 18:01 07.02.2019)
Energetika naziri Pərviz Şahbazov deyir ki, neftin qiyməti 60-70 ABŞ dolları arasında dəyişərsə, iqtisadiyyatımız üçün müsbət olacaq
Pərviz Şahbazov: “Hasilatın azaldılması neft qiymətlərinin artmasına səbəb olub”

“Əgər neftin qiyməti 60-70 ABŞ dolları arasında dəyişərsə, bu bizim iqtisadiyyatımız və planlarımız üçün müsbət olacaq”. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Bloomberg” agentliyinə müsahibəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, həmin rəqəm istehsalçı və istehlakçılar üçün də yaxşı qiymətdir. Nazir, həmçinin OPEC və tərəfdaşlarının hasilatın azaldılması sazişini bu ilin sonunadək artıra biləcəklərini açıqlayıb:

“Qərarın uzadılması ehtimalı var. Dekabrda 2019-cu ilin ilk 6 ayı üçün hasilatın hər gün 1,2 mln. barel azaldılması ilə bağlı razılaşma bu il neft qiymətlərinin 15% artmasına səbəb olub. Apreldə keçiriləcək OPEC ölkələri nazirlərinin sammitində hasilatın azaldılması ilə bağlı sazişin müddəti növbəti 6 ay üçün də uzadıla bilər”.

Energetika naziri Pərviz Şahbazovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

151

Anar Kərimov: “Azad edilmiş ərazilərə səfərlər üçün təhlükəsizlik təmin olunmalıdır”

16
(Yenilənib 23:48 14.01.2021)
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyir ki, Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir
Anar Kərimov: “Beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik”

“ICESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda və Ağdam şəhərində ermənilərin törətdiyi cinayətləri öz hesabatlarında əks etdirəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bildirib.

“Beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik. İstəyirik ki, bütün dünya erməni vəhşiliyinin şahidi olsun. Hazırda bununla bağlı UNESCO və digər təşkilatlarla müzakirələr aparılır. Azad edilmiş ərazilərə səfərlərin təşkili üçün təhlükəsizlik tədbirləri də təmin olunmalıdır. Bugünkü səfər də minalardan təmizlənmiş ərazilərə təşkil edilib. Ermənilərin törətdiyi bütün cinayətləri sənədləşdirmək üçün ekspertlər hər yeri gəzib qeydiyyat aparmalıdırlar ki, gələcəkdə bu faktları beynəlxalq məhkəmələrə təqdim edək. Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir”, - deyə Anar Kərimov qeyd edib.

Anar Kərimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Председатель Совета печати Афлатун Амашов

Amaşov: “Qanuna dəyişikliklər genişmiqyaslı islahatlar kontekstində baş verməlidir”

53
(Yenilənib 08:14 14.01.2021)
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, media sahəsində səliqə-səhmanın yaranmasını istəyiriksə, KİV-in qeydiyyatı məsələsinə diqqət yetirməliyik
Əflatun Amaşov: “Qanunvericilikdə dəyişikliyin olması son dərəcədə vacibdir”

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Sputnik Azərbaycan-a deyir ki, ötən illər ərzində bir neçə dəfə “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna dəyişikliklər edilsə də, onlar fundamental xarakterli olmayıb:

“Ona görə ediləcək dəyişikliyə kompleks yanaşmanın tərəfdarıyam. Yəni dəyişiklik genişmiqyaslı islahatlar kontekstində baş verməlidir. Konkret olaraq Mətbuat Şurasının da dəyişikliklərlə bağlı təklifləri olub. İndiki şəraitdə aidiyyəti olmayan adamlar bu sahədə fəaliyyət göstərirlər. Bununla bağlı konkret mexanizmlər hazırlanmalıdır. Media sahəsində səliqə-səhmanın yaranmasını istəyiriksə, KİV-in qeydiyyatı məsələsinə diqqət yetirməliyik. Qanunvericilikdə mövcud istiqamətdə dəyişikliyin olması son dərəcədə vacibdir”.

Əflatun Amaşovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

53

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0