Kamran Əsədov

Ekspert: “Orta təhsil müddətinin uzadılması keyfiyyəti artıracaq”

149
(Yenilənib 17:52 07.02.2019)
Təhsil eksperti Kamran Əsədov deyir ki, Azərbaycanın 54 ali təhsil müəssisəsinin 164 min tələbəsinin 42 faizi əmək bazarına işçi olaraq daxil ola bilir

“Təhsil müddətinin uzun olması heç də onun keyfiyyətinə təsir etmir”.  Bu barədə ötən günlərdə Dünya Bankının rəsmisi Harri Patrinos açıqlama verib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, təhsilin müddəti tədris yükünün paylanmasına xidmət edir:

“Müddətin uzun olması əmək bazarına bir az passiv şəxslərin daxil olmasına gətirib çıxarır. Təhsilin keyfiyyəti dedikdə, ilk növbədə təhsilin istehsalatı, yəni əmək bazarına buraxdığı kadrların keyfiyyət göstəricisi nəzərə alınır. Hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsinin 164 min tələbəsinin 42 faizi əmək bazarına işçi olaraq daxil ola bilir. 58 faizinin isə keyfiyyət göstəricisi aşağı olduğuna görə əmək bazarına daxil ola bilmir. Azərbaycanda orta təhsil müddətinin uzun olması ağır tədris proqramının paylanmasına gətirib çıxaracaq və keyfiyyəti daha da artıracaq. Hazırda ağır tədris yükünü qısa müddətdə aparmaq effektiv nəticə vermir”.

149