Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva

Baxşəliyeva: “Sosial şəbəkələrdən sui-istifadə hallarına müqavimət göstərilməlidir”

140
(Yenilənib 17:33 05.02.2019)
Akademik Gövhər Baxşəliyeva deyir ki, Azərbaycan hakimiyyəti sosial mediada tam azadlıq və sərbəstliyi təmin edib

"Bütövlükdə cəmiyyət sosial şəbəkələrdən sui-istifadə hallarına müqavimət göstərməlidir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.

“Sosial şəbəkələri XXI əsrin unikal imkanı kimi dəyərləndirmək olar. O da şübhəsizdir ki, sosial şəbəkələr məhz pozitiv niyyətlə – insanların ünsiyyətini asanlaşdırmaq, informasiya mübadiləsini sürətləndirmək hədəfi ilə yaradılıb. Lakin hər bir müsbət imkandan özünün mənfi məqsədləri, çirkin niyyətləri üçün istifadə edənlər də tapılır. Azərbaycan hakimiyyəti və şəxsən ölkə Prezidenti sosial medianın qeyd olunan müsbət cəhətlərini nəzərə alaraq, bu sahədə tam azadlıq və sərbəstliyi təmin edib. Halbuki bu azadlıq heç də dünyanın bütün ölkələrində təmin edilmir. Bir sıra ölkələrdə bu və ya digər səbəblərdən sosial şəbəkələrə çıxışa tam və ya qismən məhdudiyyətlər tətbiq olunur. Bəzi üzdəniraq sosial şəbəkə fəalları daxildəki ən kiçik problemləri belə, şişirdərək ölkəmizi gözdən salmaqla, bu azmış kimi, dövlət və hökumət rəhbərliyini, ölkə parlamentini hədəfə almaqla, necə deyərlər, düşməni sevindirmək, onun əlinə bəhanə vermək xətti tutublar. İstənilən ölkədə bu və ya digər dövlət orqanının, yaxud məmurun fəaliyyətindən narazı qalan, hansısa şəxsi problemlərə görə qəzəbli olan insanlar ola bilər. Lakin bu, heç bir halda bütövlükdə dövlətin və xalqın maraqlarını hədəfə almaq üçün əsas ola bilməz” - deyə o bildirib.

Akademikin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

140