Политолог Арзу Нагиев

Putin Ərdoğan nələri müzakirə edəcək - politoloq şərh edir

218
(Yenilənib 18:49 04.02.2019)
Politoloq Arzu Nağıyev deyir ki, Türkiyənin hərbi əməliyyat keçirmək barədə bəyanatları ABŞ və Rusiya ilə razılaşdırılmalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya başçısı Vladimir Putinlə fevralın 14-də görüşəcəyini bəyan edib.

Politoloq Arzu Nağıyev Sputnik Azərbaycan-a deyir ki, prezidentlərin görüşündə iqtisadi, siyasi və hərbi məsələlərin həll olunması üçün müzakirələr aparıla bilər:

“Xüsusən, Suriyada davam edən proseslər fonunda tərəflərin mövqeyi önəm kəsb edir. Suriyada bir çox ölkələrin maraqları var. Ona görə də Türkiyənin bir müddət öncə hərbi əməliyyat keçirmək barədə bəyanatları ABŞ və Rusiya ilə razılaşdırılmalıdır. Yəqin ki, danışıqların əsas predmetlərindən biri də bu olacaq. Prezidentlərin görüşündə regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr də aparılacaq”.

 

218